A24 Xeber

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində maliyyə pozuntuları aşkarlandı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində maliyyə pozuntuları aşkarlandı
1. 520
12 May 2018 - 14:17

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində maliyyə nöqsanları aşkarlanıb.

A24.Az-ın APA-a istinadla məlumatına görə, bu barədə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə hesabatda bildirilir.

Ötən il aparılan yoxlamaların nəticələrinə əsasən Dövlət Komitəsində əməkhaqqının ödənilməsi üzrə 9 733, nəqliyyat xərcləri üzrə 3 043,5, tədbirlərin keçirilməsi üzrə 10141, digər xərclər üzrə 19330 və vergi, rüsum və s. ödəmələr üzrə 154 olmaqla, ümumilikdə 42 401,5 manat maliyyə yayınması faktı aşkarlanıb. Yoxlamaların nəticəsində görülən tədbirlərdən sonra vəsait dövlət büdcəsinə qaytarılıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00