Diqqət: Bakıda iki yolda hərəkət məhdudlaşdırıldı

Diqqət: Bakıda iki yolda hərəkət məhdudlaşdırıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saatlarınadək Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-də (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

“A24.az” bildirir ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, Heydər Əliyev prospektində Hava limanı və əks istiqamət üzrə gündüz və gecə saatlarında üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

“Bu səbəbdən sözügedən yollar boyu hərəkət iş aparılan bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hissə-hissə məhdudlaşdırılır. Sürücülərdən qeyd olunan müddət ərzində həmin istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, – deyə məlumatda vurğulanıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar