A24 Xeber

DİQQƏT: Bakının bu yollarında hərəkət 5 gün məhdudlaşdırılacaq

DİQQƏT: Bakının bu yollarında hərəkət 5 gün məhdudlaşdırılacaq
37
04 İyun 2018 - 11:24

İyunun 5-9 tarixlərində Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı keçiriləcək.

“A24.az” xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, Səbail rayonu, Bibiheybət məscidindən Lökbatan dairəsinə qədər avtomobillərin hərəkəti tam məhdudlaşdırılmadan, dəyişiklik edilməklə, hərəkət yolun sağ zolağı istiqamətində nəzərdə tutulub. Yarış iştirakçılarının təhlükəsizliyinin mühafizəsi məqsədilə yol iki hissəyə bölünməklə sürət həddi 30-50 km müəyyən olunub. Ərazi üzrə müvafiq yol nişanları quraşdırılıb və istiqamətverici xətlərlə hərəkət tənzimlənir. Səbail rayonunun “Şıx sahəsi” ərazisində, “Dostluq parkı”nda yoxlanış-buraxılış-keçid hissələri tam nəzarətə götürülməklə polis əməkdaşları tərəfindən mühafizə olunur.

Əsədov bildirib ki, qeyd edilən ərazilər üzrə yarışların startı verilən andan etibarən paytaxtın Şimal tərəfindən giriş və çıxışı digər yolla tövsiyə olunur. Bibiheybət məscidindən şimal istiqamətində süni sıxlığın yaranmaması üçün 20-ci sahə dairəsindən dağüstü yolla – Badamdar qəsəbəsindən keçməklə Mikayıl Müşfiq küçəsi ilə III kənar dairəvi yolla, Şimaldan paytaxt mərkəzinə doğru hərkət edənlər Lökbatan dairəsindən III kənar dairəsi yolla Yasamal rayonu ərazindən qeyd edilən yolla hərəkət edə bilər: “Dünya çempionatının yüksək təhlükəsizlik səviyyəsində təşkili və keçirilməsi məqsədilə hazırlıq işlərinin gedişi, qonaqların qarşılanması və yerləşdirilməsi üzrə işlər planlı və qrafikə uyğun davam etdirilir”.

Əsədov sürücülərdən və avtomobil sahiblərindən bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələrini və ictimai nəqliyyata üstünlük vermələrini xahiş edib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00