A24 Xeber

Diqqət: Bu yollarda hərəkət məhdudlaşdırılacaq

Diqqət: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
44
31 May 2018 - 10:55

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saatlarınadək Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-də (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. 

Bu barədə A24.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, bundan başqa Sabunçu rayonu, Sabunçu yol qovşağından Hava limanı istiqamətində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu üzdən sözügedən yollar boyu hərəkət iş aparılan bir zolaq üzrə (digər hərəkət zolaqları açıqdır) hissə-hissə məhdudlaşdırılır.

Sürücülərdən qeyd olunan müddət ərzində həmin istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00