DİQQƏT! - DYP sürücülərə xəbərdarlıq etdi

DİQQƏT! – DYP sürücülərə xəbərdarlıq etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə, sürücülərə müraciət edib.

A24.az xəbər verir ki,müraciətdə dayanma-durma və parklanma qaydalarının pozulması, bunun tıxac və sıxlığa səbəb olması əksini tapıb.

DYP həmçinin sürücülərə bəzi tövsiyələr də verib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, yay mövsümünün başa çatması, yeni dərs ilinin başlanmasına iki həftə vaxt qalması, bölgələrdə istirahət edən vətəndaşların Bakıya qayıtması artıq paytaxtın bəzi küçə və prospektlərində hərəkətin intensivliyini artırıb. Bəzən isə sıxlıq və tıxac problemini ortaya çıxarır. Bunu nəzərə alaraq DYP sürücülərə tövsiyə edir ki, avtomobili qadağan olunmuş ərazilərdə saxlamasınlar. Eyni zamanda parkinqlərdə ikinci və üçüncü cərgədə maşın saxlamaq olmaz. Parkinq ərazisində avtomobilin saxlanılması qaydalarına ciddi riayət edilməlidir. Avtobus dayanacağında, səkilərdə və digər ərazilərdə nəqliyyat vasitələrinin park edilməsi yol hərəkəti haqqında qanunun tələblərinin kobud şəkildə pozulmasıdır, inzibati məsuliyyət yaradır. Piyada səkilərində maşınlar park edilir ki, bu da piyadaların hərəkətinə maneə yaradır. Bir daha xatırladırıq ki, “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsində dayanma-durma, 53-cü maddəsində isə parklanma qaydaları və tələblər əksini tapıb. Xahiş edirik ki, hər bir sürücü funksional vəzifələrini düzgün icra etsin və digər hərəkət iştirakçılarını da nəzər alsın”.

DYP yeni dərs ilinin başlanması ərəfəsində sürücülərin bu müraciətə diqqətlə yanaşmasını vacib sayır və qeyd edir ki, həm özlərinin, həm də digərlərinin paytaxt küçələrində rahat və təhlükəsiz, eyni zamanda fasiləsiz hərəkətini təmin etmək YPX əməkdaşları ilə yanaşı, elə sürücülərin də borcudur: “Bu, hər birimizin üzərinə məsuliyyət qoyur. Yol hərəkəti qaydalarına əməl edərək nəqliyyat vasitələrinin dayanma-durma və parklanma qaydalarını pozmayaq”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar