A24 Xeber

DİQQƏT! Mobil telefonlarlar bu şəxslər üçün daha ziyanlıdır

DİQQƏT! Mobil telefonlarlar bu şəxslər üçün daha ziyanlıdır
74
25 İyun 2017 - 13:43

Rusiya alimləri araşdırmalar zamanı aşkar ediblər ki, mobil telefonlar hüceyrələrin quruluşunu dəyişir.

“A24.az” rus mediasına istinadən  xəbər verir ki, eksperimentdə 100 insan iştirak edib. Alimlər sübut ediblər ki, elektromaqnit dalğalarının uzun müddət ərzində təsiri yanağın daxili səthində olan hüceyrələrin quruluşunu pozur. Belə ki, hüceyrələrin nüvələri dağılır və hüceyrələrin bölünməsi zamanı xromosom anomaliyaları əmələ gəlir. Bu yalnız telefonla daim təmasda olan yanaqda müşahidə olunub. Digər tərəfdə dəyişikliklər yox idi.

Hüceyrələrin vəziyyəti eksperimentin əvvəlində və 1 ay sonra qiymətləndirilirdi.

Alimlər aşkar edib ki, mobil telefonların mənfi təsiri xüsusilə qadınlarda və monqoloid irqinə aid olan insanlarda daha çox olub.

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatı da mobil telefonları potensial konserogenlərə (xərçəng xəstəliyinin inkişafının riskini artıran amillər) aid edir.

Saglamolun.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00