A24 Xeber

Dizel yanacağının keyfiyyəti aşağıdır? – VİDEO

Dizel yanacağının keyfiyyəti aşağıdır? – VİDEO
51
29 Yanvar 2018 - 23:10

Azərbaycanda istehsal olunan dizel Avro-4 adlansa da, keyfiyyəti aşağıdır və avtomobilləri tez sıradan çıxarır. Ustaların bu iddialarına SOCAR-ın Neft Emalı Zavodu cavab verib. Zavodun baş mühəndisi dizelin göstəriciləri və onun avtomobillərə təsirindən danışıb.

Azərbaycanda Avro-4 adı ilə istehsal olunan dizel yanacağı əslində avro 3 standartına uyğundur və avtomobillərə ciddi zərər vurur. Bəzi avtomobil ustalarının bu iddialarına SOCAR-ın neft emalı zavodundan cavab gəlib. Zavodun baş mühəndisi Rasim İbrahimov bildirir ki, 2016-cı ilə qədər Azərbaycanda istehsal olunan dizel yanacağı ancaq avro 3 standartlarına cavab verirdi. Ancaq 2016-cı ildən başlayaraq bu sahədə ciddi dəyişikliklər baş verib.

Maraqlı bir məqam da var ki, Azərbaycana avro 4 standartı ilə yanaşı avro 5 standartına uyğun da müasir avtomobillər gətirilir. Azərbaycanda mövcud olan Avro 4 standartına cavab verən dizel bu avtomobillərin mühərrik sistemində problemlər yarada bilərmi?

Rasim İbrahimov bildirir ki, Azərbaycanda dizelə olan təlabat yüksəkdir və hər il zavod 1 milyon 600 min ton dizel, 1 milyon 200 min ton isə benzin istehsal edir. Hətta dizel yanacağı qonşu Gürcüstana da Azərbaycandan aparılır. Zavodun baş mühəndisi onu da qeyd etdi ki, dövlət başçısının tapşırığına əsasən neft emalı zavodunda hazırda böyük yenidəndurma işləri gedir. Aparılan təkmilləşdirmə və yenidənqurma işlərindən sonra zavodda 2020-ci ilin sonuna doğru avro 5 standartına cavab verən həm benzin, həm də dizel yanacağının istehsal edilməsi planlaşdırılır. Zavodun yenidənqurması üçün ayrılan vəsaitin həcmi isə 2 milyard dollardır. Yenidənqurma işlərini dünyanın bir sıra tanınmışneft emal sahəsində böyük təcrübəsi olan şirkətlər həyata keçirəcək.

https://youtu.be/lBbLYhRYCs4

A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00