A24 Xeber

Türkiyəli müğənni Doğuşun xanımı Xoşqədəm Hidayətqızıya məxsus gözəllik mərkəzində estetik əməliyyat etdirməsiylə bağlı iddia səsləndirilib.

“A24.az” xəbər verir ki, bu barədə Türkiyənin “Beyaz” kanalında yayımlanan “Söylemezsem olmaz” verilişində danışılıb. Hətta Doğuşun özüylə canlı telefon əlaqəsi də qurulub.

Müğənni əvvəlcə burnunda və ya üzündə hər hansı estetik əməliyyat etdirməsiylə bağlı səsləndirilən iddiaların yanlış olduğunu və ehtiyac yaransa etdirəcəyini bildirib. Daha sonra aparıcılardan biri onun estetik əməliyyatı azərbaycanlı xanımı Xoşqədəm Hidayətqızıya məxsus estetik mərkəzdə etdirdiyini deyib. Doğuş isə bütün bunların yalan olduğunu bildirib:

“Bir şey deyəcəm. Mənim xanımımın estetik mərkəzi filan yoxdur. Azərbaycanda “Üç nöqtə” qəzeti var, prodüsserlik edir və bir də kanallardan birində aparıcıdır. Hər şey bundan ibarətdir. Vallahi üzümdə əməliyyat, botoks, dartma – heç bir şey yoxdur. 44 yaşım var, əlbəttə, lazım gələrsə etdirəcəm, ehtiyac olmasa etdirməyəcəm”.

“A24.az” türk mediasında yayımlanan videogörüntünü təqdim edir:

A24.az / MTM

Türkiyəli müğənni Doğuşun xanımı Xoşqədəm Hidayətqızıya məxsus gözəllik mərkəzində estetik əməliyyat etdirməsiylə bağlı iddia səsləndirilib. “A24.az” xəbər verir ki, bu barədə Türkiyənin “Beyaz” kanalında yayımlanan “Söylemezsem olmaz” verilişində danışılıb. Hətta Doğuşun özüylə canlı telefon əlaqəsi də qurulub. Müğənni əvvəlcə burnunda və ya üzündə hər hansı estetik əməliyyat etdirməsiylə bağlı səsləndirilən iddiaların yanlış olduğunu və ehtiyac […]

Doğuş Xoşqədəmin gözəllik mərkəzində estetik əməliyyat etdirib – VİDEO

173