Dollar REKORDUNU davam etdirir, Mərkəzi Bankdan istefalar başladı

Dollar REKORDUNU davam etdirir, Mərkəzi Bankdan istefalar başladı
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyədə bu gün avqustun 30-nun Qələbə bayramı günü kimi qeyd olunmasına və maliyyə birjalarının işləməməsinə baxmayaraq ABŞ dolları yenə bahalaşmaqda davam edib.

A24.Az Virtualaz.org-a istinadla xəbər verir ki, bahalaşma günün birinci yarısında nisbətən aşağı sürətlə gedib, Türkiyə milli valyutası dəyərinin daha 2.6 faizini itirib.

Günün ikinci yarısında isə “Reuters” agentliyi Mərkəzi Bankın sədr müavini və maliyyə siyasəti komissiyasının üzv Erkan Kilimçinin vəzifəsindən istefası barədə xəbər yayıb.

İstefanın səbəbi açıqlanmır, amma bu xəbərin təsiri ilə dolların bahalaşması sürətlənib. 1 ABŞ dollarının məzənnəsi 6.8 TL-ni keçib. Daha sonra məzənnə cüzi geriləsə də dolların bahalaşması tendensiyası qalmaqdadır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar