A24 Xeber

Dollar ucuzlaşdı – Türkiyədə

Dollar ucuzlaşdı – Türkiyədə
61
07 Avqust 2018 - 12:08

Terror təşkilatlarına casusluq etdiyi iddiasıyla mühakimə olunan keşiş Endryu Brunsonun 2 illik həbsinin ev həbsinə çevrilməsi sonra ABŞ ilə münasibətləri gərginləşən Türkiyədə dolların türk lirəsi qarşısındakı məzənnəsi yenidən dəyişib.

A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki, yeni həftəyə rekord göstərici ilə başlayan dollar TL məzənnəsi dünən 5.43 TL-yə qədər yüksəlib. Ancaq bu gün isə məzənnə 5.28 TL-yə qədər enib.

Ekspertlər məzənnənin 5.2880 civarında olacağını proqnozlaşdırırlar.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00