Dolları nə vaxt dəyişmək sərfəli olar? - EKSPERT AÇIQLADI

Dolları nə vaxt dəyişmək sərfəli olar? – EKSPERT AÇIQLADI
Want create site? Find Free WordPress Themes and plugins.

“Martın sonu və apreldə dollara tələbin artacağı gözlənilir. Çünki infrastruktur xərcləmələri artacaq. Kursun necə olmasında isə yenə də manat bazası və eləcə də bazar təklifi həlledici olacaq”.

A24.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Vüqar Bayramov
Vüqar Bayramov

İqtisadçı bildirir ki, bütövlükdə isə iyun, avqust və dekabr aylarında dollara tələb yenidən artacaq:

“Xüsusən də, dekabr ayında tələbin daha çox artacağı gözlənilir. Neftin qiyməti, idxal, Dövlət Neft Fondundan transferlər növbəti dövrdə manatın məzənnəsinə birbaşa təsir göstərəcək. Neftin qiyməti azalarsa, bu, fondun potensial transferlərinin həcmini azaldacaq və nəticədə manatın məzənnəsini qorumaq xeyili çətinləşə bilər”.

Ekspert hesab edir ki, neftin qiyməti hətta ortamüddətli dövr üçün manatın məzənnəsi üçün çox vacibdir:

“Bu faktora daimi diqqət ayırmaq lazımdır. Məzənnənin necə dəyişəcəyini nəyə əsasən müəyyənləşdirmək olar ki, valyutası olanlar itirməsinlər?

Bir sıra kommersiya banklarının təsir imkanlarının çoxaldığını nəzərə alaraq, qısamüddətli dövr üçün məzənnədəki dəyişikliyi proqnozlaşdırmaq olar. Əgər dolların manata rəsmi kursu və ya banklardakı alış-satış məzənnəsi yüksəlirsə, o zaman, deməli, növbəti həftələrdə xarici valyutaların kursunun artacağı daha çox gözləniləndir. O zaman dollar almaq olar.

Artıq 2-3 həftədən sonra dolların yenidən ucuzlaşması müşahidə ediləcəksə, deməli, növbəti həftələrdə manatın möhkəmlənməsi etimalı yüksəkdir. Bu halda, valyutanı dəyişmək olar. Deməli, artıq bazar özü 2-3 həftəlik və ya 1 aylıq mesajı verə bilir”, – deyə V.Bayramov qeyd edib.

Qeyd edək ki, dolların bu günə olan məzənnəsi martın 16-ı ilə müqayisədə 0,46% ucuzlaşaraq 1,7202 manat olub.

Orxan Aslanlı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, İqtisadiyyat, Banner
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar