A24 Xeber

Dolların dünyadakı hegemonluğu çökür

Dolların dünyadakı hegemonluğu çökür
42
20 May 2018 - 13:30

Hər kəsin dolların dəyərinin daha da artacağını gözlədiyi bir vaxtda ABŞ iqtisadçısından şok iddia irəli sürülüb.

A24.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Commerzbankın iqtisadçısı Jörg Kraemer “Dolların dünyadakı əsas valyuta statusu çökür. Bu qismən ABŞ-ın öz pulunu daha çox xaricdə gücləndirmə siyasətindən irəli gəlir” deyə bildirib.

İqtisadçı hazırda Donald Trumpın Avropaya pozulan münasibətlərinə görə avronun dollara ciddi rəqib ola biləcəyinə diqqəti çəkib.

Kraemer dollarla müqayisədə dünyanın əsas valyuta növü olması baxımından avronun daha yaxşı bir seçim ola biləcəyini söyləyərək “Şübhəsiz ki, dollar hələ də SWIFT1 vasitəsilə ötürülən xarici bazarın əsas hissəsindən ibarətdir. Ancaq son illər bu hissə hiss olunacaq qədər azalıb. Avronun bu müqayisədəki payı dollardan sadəcə 4 vahid geridədir”, sözlərini də əlavə edib.

Üstəlik Kraemer avronun dünyanın əsas valyuta mənbəyinə çevrilə biləcəyi halda, ona olan tələbin daha da artacağına diqqət çəkərək, “ABŞ-ın əksinə, ən azından indi “avro dövlətləri” cari vaxtda daha çox bazaya sahibdir. Bu da avronun tək dolları yox, bütün pul vahidlərini geridə qoya biləcəyinə işarədir”.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00