Dollarla krediti olanlara ŞAD XƏBƏR

Dollarla krediti olanlara ŞAD XƏBƏR
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün insanları ən çox narahat edən dollarla verilən kreditlərlə bağlı məsələdir.

A24.az xəbər verir ki, bu sözləri millət vəkili Elman Nəsirov Milli Məclisdə Hökumətin 2017-ci il hesabatına münasibət bildirərkən deyib.

Millət vəkili bu mövzuda çoxsaylı müraciətlərin olduğunu deyib:

“İnsanlar bu problemin nə zaman həllini tapacağını soruşur. Axı bizim valyutamız manatdır, bizə vəsaiti dollarla verməklə bu valyutanın qiymətində baş vermiş dəyişiklik nəticəsində nə üçün belə ağır yükün altına düşməliyik?

Bizə daxil olan məktublarda neftçilərin də sosial ev alanlar kateqoriyasına daxil edilmələrini xahiş edirlər. Azərbaycanın bugünkü inkişafında neftçilərimizin rolu böyükdür. Əldə etdiyimiz iqtisadi uğurlarda Azərbaycan nefti və neftçilərinin çox müstəsna rolu var. Bu nöqteyi-nəzərdən baş nazirin burada olmasından istifadə edərək neftçilərin də sosial ev alanlar kateqoriyasına salınmasını rica edirəm”.

Spiker Oqtay Əsədov millət vəkilinin dollarla kredit problemi ilə bağlı fikirlərinə münasibət bildirib:

“Dollarla bağlı kreditlərdən çox danışırıq. Bu problemin həlli üçün işlər görülür. “Krediti dollarla veriblər” deyəndə düz çıxmır. “Krediti dollarla almışıq” deməliyik”.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar