Dövlət Başçısı bu agentliyin fəaliyyəti ilə bağlı FƏRMAN imzaladı

Dövlət Başçısı bu agentliyin fəaliyyəti ilə bağlı FƏRMAN imzaladı
Want create site? Find Free WordPress Themes and plugins.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

A24.Az xəbər verir ki, fərmana əsasən mərkəzi və yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlərin və verdikləri hüquqmüəyyənedici sənədlərin vahid “G2B” (dövlət–biznes) elektron reyestri yaradılacaq.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi və strukturu, “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı” təsdiq edilib.

Müəyyən edilib ki:

– Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (bundan sonra – Agentlik) ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, mikro, kiçik və orta sahibkarlığın tənzimlənməsində, həmin sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, onlara bir sıra xidmətlər göstərən, dövlət qurumlarının və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən və səlahiyyətli qurum kimi çıxış edən publik hüquqi şəxsdir;

– Agentliyin nizamnamə fondu 5,0 (beş) milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır;

– Fərmanda nəzərdə tutulan reyestrin operatoru funksiyalarını Agentlik həyata keçirir;

– Agentlik öz fəaliyyətində sahibkar məmnunluğu, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərini rəhbər tutur;

– Agentliyin Aparatının işçilərinin say həddi 240 ştat vahididir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar