A24 Xeber

Dövlət Başçısı bu şəxsə yeni səlahiyyət verdi

Dövlət Başçısı bu şəxsə yeni səlahiyyət verdi
119
29 Avqust 2018 - 20:36

Prezident İlham Əliyev Azərbaycan Prezidentinin 1999-cu il 6 dekabr tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

“A24.Az”ın məlumatına görə, bu Fərmanla “Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Nizamnaməsi”nin 5.3-cü bəndində edilən dəyişiklik nəticəsində “Azərbaycan Respublikasının Baş nazirinin müavini” sözləri sənəddən çıxarılıb.

Beləliklə də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 9 nəfərdən ibarət Müşahidə Şurasına bundan sonra Baş nazirin müavini deyil, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri rəhbərlik edəcək.

Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırki sədri Rövşən Rzayevdir.

Sözügedən Fərmanda daha sonra bildirilir:

“- Səkkizinci abzasda “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatları Forumu” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası” sözləri ilə əvəz edilsin.

–  Doqquzuncu abzasda “özəl iş adamı” sözləri “sahibkar” sözü ilə əvəz edilsin.

– Üçüncü-doqquzuncu abzaslar müvafiq olaraq dördüncü-onuncu abzaslar hesab edilsin və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;”.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00