A24 Xeber

Dövlət Başçısı Malaziyanın Baş Nazirini TƏBRİK ETDİ

Dövlət Başçısı Malaziyanın Baş Nazirini TƏBRİK ETDİ
39
14 May 2018 - 16:52

Ölkə prezidenti İlham Əliyev Malayziyanın baş naziri Mahathir Məhəmmədə təbrik məktubu göndərib.

A24.Az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab baş nazir,

Malayziyanın baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Malayziya arasındakı dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.

Bakıdakı görüşümüzü ən xoş təəssüratlarla xatırlayır, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Malayziya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00