Dövlət Başçısı nazir müavinini TƏLTİF ETDİ

Dövlət Başçısı nazir müavinini TƏLTİF ETDİ
Want create site? Find Free WordPress Themes and plugins.

Prezident İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

A24.Az xəbər verir ki, təltif olunanlar arasında Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev də var.

Prezidentin sərəncamı ilə  general-leytenant Mustafayev Kərəm Nəriman oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, general-leytenant Kərəm Mustafayev Azərbaycan Ordusunun yaranmasının 100 illiyi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə təltif edilib.

Qeyd edək ki, 1 aprel 1962-ci ildə Şərur rayonunda anadan olan Kərəm Mustafayev 1983-cü ildən Silahlı Qüvvələrdə xidmət edir. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallara layiq görülüb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar