Dövlət Başçısı Niderland rəsmisi ilə görüşüb - YENİLƏNİB 

Dövlət Başçısı Niderland rəsmisi ilə görüşüb – YENİLƏNİB
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.

A24.Az  xəbər verir ki, Rene Van der Linden dövlətimizin başçısına prezident seçkilərində qələbəsi münasibətilə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar təbriklərini çatdırıb.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib.

Rene Van der Linden ADA Universiteti ilə birgə hazırlanmış və Azərbaycanın regionlarının inkişafı, investisiya qoyuluşu, kənd təsərrüfatı, energetika, təcrübə mübadiləsi, turizm sahələrində əməkdaşlığı nəzərdə tutan master planın həyata keçirilməsi ilə bağlı gedən işlərdən danışıb.

Prezident İlham Əliyev görülən işlərin önəmini vurğulayaraq əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

**********

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 15-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.

Oxu.Az bu barədə prezidentin mətbuat xidmətinə istinadən xəbər verir.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar