Dövlət Başçısı Xorvatiyada- FOTOLAR

Dövlət Başçısı Xorvatiyada- FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevXorvatiya Respublikası parlamentinin sədri Qordan Yandrokoviç ilə görüşüb.

A24.Az xəbər verir ki, parlament sədri Qordan Yandrokoviç Prezident İlham Əliyevi qarşıladı.

Azərbaycan Prezidenti İlham Əliyev və Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç birgə foto çəkdiriblər.

Görüşdə Azərbaycan Prezidentinin Xorvatiyaya rəsmi səfərinin uğurlu keçdiyi, səfər çərçivəsində səmərəli müzakirələrin aparıldığı qeyd edilib. Azərbaycan ilə Xorvatiya arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etdiyi, siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Ticarət dövriyyəsinin artırılmasının vacibliyi qeyd olunub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, Cənub Qaz Dəhlizinin əhəmiyyəti xüsusi vurğulanıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsində xüsusi rolunun olduğu bildirilib.

Azərbaycanın Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasında iştirakının önəmi qeyd olunub, ölkəmizin Avropa İttifaqı ilə uğurlu əməkdaşlıq etdiyi bildirilib. Azərbaycan ilə Xorvatiya arasında nəqliyyat, əczaçılıq, turizm sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğu vurğulanıb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd edildi, dostluq qruplarının bu işə mühüm töhfə verə biləcəyi bildirildi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar