A24 Xeber

Dövlət başçısından SƏRƏNCAM: Yeni körpələr evi-uşaq bağçasının tikintisi ilə

Dövlət başçısından SƏRƏNCAM: Yeni körpələr evi-uşaq bağçasının tikintisi ilə
42
05 İyun 2018 - 17:34

Prezident İlham Əliyev Naftalan şəhərində yeni körpələr evi-uşaq bağçası binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

A24.Az trend-ə istinadla xəbər verir ki, ölkəmizdə müalicəvi turizmin inkişafında özünəməxsus yeri olan Naftalan şəhəri Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün də müasir sanatoriya-kurort mərkəzi kimi sürətlə inkişaf edir. Son illərdə burada 9 yeni səhiyyə-kurort müəssisəsi yaradılıb, o cümlədən 264 yerlik “Qarabağ”, 342 yerlik “Qaşaltı” sanatoriyaları inşa olunub, 353 yerlik “Çinar” sanatoriyası yenidən qurulub.

Bununla yanaşı, şəhərdə bir sıra mühüm infrastruktur layihələri də yerinə yetirilib, Şəhər Mərkəzi Xəstəxanası, Əlillərin Bərpa Mərkəzi, Bayraq Meydanı tikilib, 1500 yerlik şəhər stadionu əsaslı təmir edilib, şəhərin su təchizatı sistemi yenidən qurulub, yeni avtomobil yolları çəkilib, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib.

Sərəncamda qeyd olunur ki, Naftalan şəhərində yeni 200 yerlik körpələr evi-uşaq bağçası binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Naftalan Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00