Dövlət Başçısından yeni təyinat- Sərəncam

Dövlət Başçısından yeni təyinat- Sərəncam
Want create site? Find Free WordPress Themes and plugins.

Milli Məclisin fevralın 13-də keçiriləcək plenar iclasında Qasım Vəli oğlu Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılacaq.

A24.Az “Report”a istinafən xəbər verir ki, layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub.

Layihədə bildirilib ki, Qasım Əliyev öz ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri vəzifəsindən azad edilib.

Qasım Vəli oğlu Əliyevin vəzifəsinin dəyişdirilərək Naxçıvan Muxtar Respublikanın Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılması tövsiyə edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minəcək.

Qeyd edək ki, Q.Əliyev 2008-ci ildən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri idi.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar