Dövlət Komitələrinin analizi: Hansında özbaşınalıq tüğyan edir?

Dövlət Komitələrinin analizi: Hansında özbaşınalıq tüğyan edir?
Want create site? Find Free WordPress Themes and plugins.

 

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin avqust ayı üzrə analiz işini yekunlaşdırıb.

“A24.az” Media Təqib Mərkəzinə istinadən dövlət komitələri ilə bağlı avqust ayı üzrə məlumatları təqdim edir:

2018-ci ilin avqust ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 6932 xəbər yerləşdirilib. Bunlardan 483-ü müsbət, 55-i mənfi və 6394-ü isə neytral xəbərlərdir. Müsbət xəbərlər Dövlət Gömrük Komitəsi (470 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısının alınması) və Əmlak Məsələləri Dövlət Komitəsinə (13 xəbər – Komitə tərəfindən qanunsuz tikinti və qeyri-qanuni istifadə halı müəyyən edilib) aiddir. Mənfi xəbərlər isə Dövlət Gömrük Komitəsi (45 xəbər – Gömrük özbaşınalıqları TÜĞYAN EDİR, Səfər Mehdiyevin gömrükxanasında KÖHNƏ XANA..) və Diasporla İş üzrə Dövlət Komitəsinə (10 xəbər – Fuad Muradov MƏNFİ REPUTASİYADA, uğurlu kadr deyilmiş) məxsusdur.

Xəbər sayına görə sıralama:

1 Dövlət Gömrük Komitəsi 2498 xəbər
2 Dövlət Statistika Komitəsi 1202 xəbər
3 Əmlak Məsələləri Dövlət Komitəsi 690 xəbər
4 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 631 xəbər
5 Şəhərsalma və Arxitektura Komitəsi 624 xəbər
6 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 616 xəbər
7 Diasporla İş üzrə Dövlət Komitəsi 420 xəbər
8 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 246 xəbər
9 Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 5 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1137 xəbər dərc edilib. Bu xəbərlərdən 1093-ü neytral, 44-ü isə müsbətdir. Müsbət xəbərlər Dövlət Gömrük Komitəsinə (44 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısının alınması) məxsusdur. Avqust ayında bu sektorla bağlı yazılı mətbuatda mənfi xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1 Dövlət Gömrük Komitəsi 310 xəbər
2 Əmlak Məsələləri Dövlət Komitəsi 200 xəbər
3 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 165 xəbər
4 Dövlət Statistika Komitəsi 155 xəbər
5 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 95 xəbər
6 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 84 xəbər
7 Diasporla İş üzrə Dövlət Komitəsi 77 xəbər
8 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 51 xəbər

Avqust ayında televiziya kanallarında komitələr haqqında 577 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1 Dövlət Gömrük Komitəsi 259 xəbər
2 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 94 xəbər
3 Dövlət Statistika Komitəsi 81 xəbər
4 Şəhərsalma və Arxitektura Komitəsi 49 xəbər
5 Əmlak Məsələləri Dövlət Komitəsi 40 xəbər
6 Diasporla İş üzrə Dövlət Komitəsi 25 xəbər
7 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 17 xəbər
8 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 12 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Media
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar