Dövlət məmuru RƏİSİNİN OTAĞINDA özünü BIÇAQLADI- AZƏRBAYCANDA

Dövlət məmuru RƏİSİNİN OTAĞINDA özünü BIÇAQLADI- AZƏRBAYCANDA
Want create site? Find Free WordPress Themes and plugins.
Vergilər Nazirliyinin əməkdaşı Ramiz Babayev iş yerində özünü bıçaqlayıb.
A24.Az AXƏBƏR.COM-a istinadla xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə R.Babayevin şöbə rəisi ilə mübahisəsindən sonra baş verib. O, idarə rəisinin otağına gələrək şöbə müdiri tərəfindən incidildiyini və məsələ ilə bağlı ölçü götürülməsini xahiş edib. İdarə rəisi ilə də aralarında yaranan mübahisədən sonra Babayev özünə iki bıçaq zərbəsi ilə xəsarət yetirib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır və bir neçə şəxsin izahatı alınıb.
O, dərhal 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, R.Babayevin vəziyyəti kafidir.
Məsələ ilə bağlı açıqlamasında Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov deyib ki, bu barədə rəsmi açıqlama veriləcək.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar