Dövlət qurumları maşınlarını satır: “Hunday Sonata” 2350 manat, “Mersedes Benz” isə...

Dövlət qurumları maşınlarını satır: “Hunday Sonata” 2350 manat, “Mersedes Benz” isə…
Want create site? Find Free WordPress Themes and plugins.

Bir neçə dövlət qurumu balansında olan nəqliyyat vasitələrini satışa çıxarıb.

“A24.az” bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsindən “Qaynarinfo”ya verilən məlumata görə, 2 oktyabr tarixində bu məqsədlə hərrac təşkil ediləcək.

Hərraca ümumilikdə 5 avtomobil çıxarılıb. Özəlləşdirmə üçün Bakı Şəhər İcra Hakimiyyəti 1, Mərkəzi Bank 2, Nazirlər Kabineti də 2 avtomobil təqdim edib.

Hərraca təqdim edilən ən bahalı avtomobillər Nazirlər Kabinetinin BMV-730 markalı avtomobilləridir. Avtomobillərdən biri 10.500 manata, digəri isə 11.250 manata özəlləşdirməyə çıxarılıb.

BŞİH-i hərraca QAZ-31029 təqdim edib. Qiyməti isə cəmi 600 manatdır.

Mərkəzi Bank isə hərraca iki fərqli markalı avtomobil təqdim edib. “Hunday Sonata” üçün ilkin start qiymət 2.350 manat, “Mersedes Benz” (Sprinter 314) üçün isə ilkin satış qiyməti cəmi 7.500 manat müəyyən edilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar