DÖVLƏTİN QƏNAƏT PLANI, YOXSA? Pensiya yaşının artırılmasına ehtiyac varmı? - İQTİSADÇI AÇIQLAYIR

DÖVLƏTİN QƏNAƏT PLANI, YOXSA? Pensiya yaşının artırılmasına ehtiyac varmı? – İQTİSADÇI AÇIQLAYIR
Want create site? Find Free WordPress Themes and plugins.

“İndiki halda pensiya yaşının artırılmasına ehtiyac yoxdur”.

A24.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov pensiya yaşını artırılmasını məsələsini şərh edərkən deyib.

Vüqar Bayramov
Vüqar Bayramov

İqtisadçının sözlərinə görə, təklif edilən pensiya islahatlarında təqdir etdiyimiz, eləcə də məqbul hesab etmədiyimiz məqamlar var:

“Əvvəlla, CESD-nin bir neçə təklifi bu islahatda yer alıb və təbii ki, bu da təqdir ediləndir. Bunlardan biri, uzun zaman müzakirə etdiyimiz 12 illik iş təcrübəsinin ləğv edilməsidir. Belə ki, mövcud qaydalara əsasən əmək pensiyayası almaq üçün 12 il işləmək lazımdır. Amma elə vətəndaşlarımız var ki, 4-5 il işləyirlər və yüksək əmək haqqı alaraq limitdən artıq çalışan bir sıra vətəndaşlarımız ilə müqayisədə daha çox sosial ödəniş edirlər. Amma buna rəğmən onlar əmək pensiyasından yararlana bilmirdilər. Bu baxımdan biz əmək pensiyasını müddətə deyil, ödənişə korrelasiya edilməsini təklif edirdik və bu da qəbul olunub.

İkinci məqam, ABŞ-da olduğu kimi əmək pensiyasına çıxışın yaşa görə deyil, ödənişlərə görə müəyyənləşməsidir. Bu o deməkdir ki, əgər vətəndaş müəyyənləşdirilmiş minimumdan artıq ödəniş edibsə, o zaman hətta pensiya yaşı çatmasa belə, əmək pensiyasına müraciət edib, ala bilər. Yəni, bu zaman çox ödəniş edənlərin yaşa görə pensiya üçün müəyyənləşdirilmiş yaş limitini gözləməsinə ehtiyac qalmayacaq. Təbii ki, məqbul hesab etmədiyimiz məqam pensiya yaşının artırılması ilə bağlıdır. İndiki halda pensiya yaşının artırılmasına ehtiyac duyulmur. Çünki orta ömür müddəti mövcud yaş sezinin dəyişdirilməsinə stimul yaratmır”, – deyə ekspert əlavə edib.

Vüqar Bayramov sonda qeyd edib ki, pensiya yaşının artırılması xüsusən də gələcəkdə pensiya yaşı tamam olacaq xanımların sosial müdafiəsi baxımdan arzuolunan deyil:

“Onların pensiya yaşında sosial dəstəyə daha çox ehtiyacları var. Eləcə də, pensiya yaşının artırılması dövlət büdcəsi üçün heç də ciddi qənaət deyil. Sosial sferada struktur islahatları və o cümlədən saxta əlillik pensiyasılarının ləğvi nəticəsində pensiya yaşını dəyişmədən hədəflənən qənaəti əldə etmək mümkündür”.

Milli Məclis
Milli Məclis

Xatırladaq ki, ötən gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər məsələsi müzakirəyə çıxarılıb. Təklif edilən qanun layihəsində göstərilib ki, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər hər il 6 ay artırılacaq. Qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.  Qanun layihəsi qəbul olunarsa, 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Orxan Aslanlı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat, Banner
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar