DSX generalı prezidentə hansı texnikaları nümayiş etdirdi? - SİYAHI

DSX generalı prezidentə hansı texnikaları nümayiş etdirdi? – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 30-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub.
Daha sonra isə Dövlət Sərhəd Xidmətinin yeni xüsusi təyinatlı döyüş texnikasına, raket komplekslərinə, zərbəendirici pilotsuz uçan aparatlarına, silahlara, nəqliyyat vasitələri üzərində texniki-nəzarət stansiyalarına, idarəetmə və digər təyinatlı avadanlıqlara baxış keçirilib.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yeni inşa olunan “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış oldu. Yeni gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı mübarizə kompleksi, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən, itisürətli qayıqla təchiz edilmiş və 62 metr uzunluğunda olan sərhəd gözətçi gəmisinin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkündür.
Bildirildi ki, yeni gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhəd sularında rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə ediləcək.
A24.Az xəbər verir ki, DSX silahlanmasında yer alan Otokar şirkətinin istehsalı 4×4 Cobra zirehli maşını, “Hermes-900”, “Harop” buraxıcı maşını Ali Baş Komandan, prezident İlham Əliyevə göstərilib. Qeyd edək ki, 2012-ci ildə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Türkiyənin “Otokar” şirkətindən aldığı “Cobra”, ZPT və “Land Rover Defender” tipli hərbi nəqliyyat vasitəsi aprelin 19-da rəsmən Sərhəd Qoşunlarının döyüş sıralarına daxil edilib. Yüksək performansı ilə seçilən 4×4 təkər formuluna malik “Cobra” 9 nəfər heyəti daşımaq imkanına malikdir. 110 km/saat sürətlə hərəkət edən “Cobra” birbaşa 752 km məsafə qət edə bilir.
V gövdəyə malik olması sayəsində döyüş maşını heyəti mina partlayışlarından qoruya bilir. “Cobra” tipli maşınlar DŞK tipli 12.7 mm-lik ağır pulemyot, 7.62 mm-lik yüngül pulemyot və “Skif” tipli tank əleyhinə idarə olunan raketlərlə silahlandırılıb. DSX “Hermes-900” tipli PUA-ya malik olduğunu 2017-ci ilin avqusta ayının əvvəlində Xəzər dənizində keçirdiyi taktiki təlimlərdə nümayiş etdirib. Hermes – 900” PUA 9100 metr yüksəkliyə dırmana və havada fasiləsiz 36 saat uçuş edə bilir. PUA-nın faydalı yükü 300 kq, qanad açıqlığı 15 metr, uzunluğu 8.3 metr təşkil edir. “Hermes 900”ün faydalı yükünə elektro-optik/infraqırmızı sensorlar, SAR radarı, radioelektron kəşfiyyat, həmçinin radioelektron mübarizə və hiperspektral sensorlar daxildir. Harop Digər diqqət çəkən digər texnologiya isə İsrailin IAI (Israel Aerospace Industries) şirkətinin istehsalı olan “Harop” gəzən sursatıdır.
2000-ci illərin əvvəllərində IAI şirkəti tərəfindən hazırlanmış “Harop” kamikadze PUA 2009-cu ildə Hindistanda keçirilən hərbi sərgidə beynəlxalq bazara təklif olundu. IAI “Harpy” aparatlarının təcrübəsi nəzərə alınaraq yaradılan “Harop” sələfindən yüksək ayırdetmə dəqiqliyinə malik gecə/gündüz və infraqırmızı kameraya, 360 dərəcə bucaq altında axtarış apara bilən radara, habelə anti-radar sisteminə mailk olması ilə fərqlənir. PUA olaraq atışla havalanan “Harop” hədəfi aşkar etdikdən sonra avtomatik şəkildə hədəfə tuşlanan mərmiyə çevrilir. Hədəfin məhv edilməsi əmri ləğv olunduqdan sonra aparat patrul funksiyasını davam etdirə və bazasına qayıda bilir. Əslində uzaq mənzildə rəqibin hava hücumundan müdafiə vasitələri, hərəkətli və stasionar hədəfləri ilə ilə mübarizə üçün nəzərdə tutulan “Harop”un sürəti 185 km/saat, havada qalma müddəti 6 saat, uçuş uzaqlığı 1000 km-dən çoxdur. Uzunluğu 2.5 metr, qanad açıqlığı 3 metr təşkil edən “Harop”un çəkisi 135 kq, partlayıcı yükü 13/23 kiloqram təşkil edir. “Harop” 2009-cu ildə Hindistanın və Almaniyanın silahlanmasına daxil olub. “Harop” ilk dəfə 2016-cı ilin aprelində erməni işğalçılarına qarşı “4 günlük müharibə” hərbi əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən istifadə olunub.
Orxan Aslanlı, A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar