DSX “Harop” atışını ilk dəfə nümayiş etdirdi – VİDEO - FOTOLAR

DSX “Harop” atışını ilk dəfə nümayiş etdirdi – VİDEO – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Dövlət Sərhəd Xidməti (DSX) silahlanmasında yer alan “Harop” kamikadze pilotsuz uçuş aparatının (PUA) atışını ilk dəfə nümayiş etdirib.

A24.Az “AzeriDefence”ə istinadən məlumat verir ki, DSX-nin çəkdiyi “Qələbənin yolları” adlı klipdə Xidmətin istifadəsinə daxil olan müxtəlif silah və texnikalarla yanaşı “Harop” da nümayiş olunub. 2016-cı ilin aprel ayında Ermənistan Ordusunun cəbhənin dərinliyindəki mövqelərinə və canlı qüvvələrinə endirilən zərbələrlə üzə çıxan “Harop”un atışları klipdə yer alıb.

Qeyd edək ki, 2017-ci ilin avqust ayında prezident İlham Əliyevin DSX Sahil Mühafizəsinə səfəri zamanı dövlət başçısına “Harop” nümayiş etdirilmiş və həmin vaxt “aprel döyüşlərinin qəhrəmanı”nın DSX-nin olduğu məlum olmuşdu.

Məlumat üçün bildirək ki, 2016-cı ilin aprel ayında DSX-nin buraxdığı “Harop” vasitəsi ilə ermənilərin Madagizdəki komanda idarəetmə məntəqəsi, habelə Ağdərəyə cəbhə xəttinə döyüşməyə gələn qüvvələri (birinci Qarabağ müharibəsində iştirak etmiş Sünik taborunun döyüşçüləri) daşıyan avtobus, Xocalı aeroportunun uçuş-enmə zolağı vurulub. Nəticədə aralarında yüksək rütbbəli zabitlər də olmaqla, çox  sayda erməni hərbçisi məhv edilib.

Klipdə həmçinin, DSX Sahil Mühafizəsinin “Tufan” layihəli (OPV-62) gəmilərindən postsovet regionunda yalnız Azərbaycanın silahlanmasında yer alan, 25 km atış uzaqlığına malik “Spike-NLOS” idarəolunan raketin, helikopterlərdən 13 km məsafəyə malik, lazer yönləndirməli “Lahat” tank əleyhinə idarə olunan raketlərin atışı da əksini tapıb.

DSX-nin hazırladığı klipi təqdim edirik.

Mahnının musiqisi Alxanlıya, sözləri İsmayıl Dadaşova məxsusdur.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar