Dubayda “iPod”a bənzəyən “ağıllı” bina tikildi

Dubayda “iPod”a bənzəyən “ağıllı” bina tikildi
Want create site? Find Free WordPress Themes and plugins.

Dubayda “Apple” şirkətinin populyar “iPod” musiqi pleyerinə bənzəyən “ağıllı” yaşayış binasının tikintisinin tezliklə başa çatması və istifadəyə verilməsi gözlənilir.

A24.Az xəbər verir ki, 26 mərtəbəli bina Dubayın mərkəzinin yaxınlığında yerləşən biznes buxtasında tikilib və bu layihə memarlıqda texnologiyanın son nailiyyətindən istifadə edildiyi yeni istiqamət sayılır. Müasir texnologiyalar sayəsində bina sakinləri mənzillərini öz ehtiyacları və zövqlərinə uyğun şəkildə proqramlaşdıra biləcəklər.

Bildirilir ki, binadakı bütün mənzillər biometrik qıfıllar, proqramlaşdırılmış işıqlandırma, səslə idarəetmə sistemləri və müasir evin sakininin sağlamlıq vəziyyətini öyrənmək üçün unikal güzgülərlə təchiz edilib. “ThePad” adlanan layihənin müəllifi “James Law Cybertecture” (Honkonq) şirkətinin memarı Ceyms Loudur. İlk sakinlər yeni binaya bu il köçəcəklər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar