Dubayda kriminal avtoritetlərin böyük toplantısı - “Lotu Quli” “Avropa obşakı”nı ələ keçirmək istəyir

Dubayda kriminal avtoritetlərin böyük toplantısı – “Lotu Quli” “Avropa obşakı”nı ələ keçirmək istəyir
Want create site? Find Free WordPress Themes and plugins.

Hacı Beyləqanskinin həbsindən sonra Moskvada Rövşən Lənkəranskiylə yaxınlığı ilə tanınan azərbaycanlı kriminal avtoritetlər arasında əməlli panika yaranıb. Hamı, hər an istintaqa çağrılacağından narahatdır.

“A24.az” bildirir ki, bu barədə “Musavat.com”a Moskvadakı etibarlı mənbədən məlumat daxil olub.

Məlumata görə, mərhum Rövşən Lənkəranskinin Rusiyadakı “valisi”, onun yaxın qohumu Zaur Əhmədov artıq Moskvanı tərk edib.

Mənbənin dediyinə görə, Əhmədovun adı Hacı Beyləqanskiyə qarşı qaldırılmış cinayət işində hallanır. Məhz o, “Lotu Quli”nin Moskvaya atdığı “desantçı”lardan qorunmaq və vaxtıyla Lənkəranskinin nəzarəti altında olan obyekləri əlində saxlamaq üçün Beyləqanskini Moskvaya dəvət etmiş, ona zirehli maşın, çoxsaylı cangüdən və ev ayırmışdı.

Beyləqanski isə mayın 30-da Moskvada həbs edilib. O, silsilə qətllərdə ittiham olunur.

İyunun 18-də isə Dubayda “Lotu Quli”nin iştirakıyla bir sıra krminal avtoritetlərin toplantısı keçiriləcək.

“Sputnik”in yazdığına görə, toplantının əsas mövzusu “Avropadakı obşaka” kimin nəzarət etməsidir. Sırada isə 3 nəfərin adı hallanır: Giya Kutaisski, Merab Suxumski və “Lotu Quli”. Məlumata görə, Kutaisski Qulinin xeyrinə namizədlikdən çəkiləcək.

Amma o da sirr deyil ki, “Quli” Avropa “obşakına” nəzarəti ələ alsa belə, onun uğrunda başqa klanlarla amansız mübarizəyə başlayacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar