Dünən açılışı olan "Sahil" stansiyasının eskalatorlarında problem yaranıb

Dünən açılışı olan “Sahil” stansiyasının eskalatorlarında problem yaranıb
Want create site? Find Free WordPress Themes and plugins.

Metronun ötən gün açılışı olan “Sahil” stansiyasında eskalatorların fəaliyyətində fasilə yaranıb.

A24.Az “Report”a istinadən xəbər verir ki, gün ərzində bir neçə dəfə enən eskalatorların hərəkəti dayanıb.

“Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Bəxtiyar Məmmədov “Report”a açıqlamasında bildirib ki, hadisə səhər saatlarında baş verib:

“Səhər saat 10 radələrində “Sahil” stansiyasındakı 3 və 4 saylı (enən) eskalatorlarda 3 dəfə hadisə baş verib. Bu səbəbdən də eskalatorların avtobloklanması baş verib. Hər dəfə fasilə 30-40 saniyə çəkib. Yeni eskalatorların fəaliyyəti tam avtomatlaşdırıldığı üçün avtobloklanmanın olması normaldır”.

B.Məmmədov deyib ki, hadisənin səbəbləri araşdırılacaq:

“Bu gecə həmin hadisənin başvermə səbəbləri araşdırılacaq və tam aradan qaldırılacaq”.

Qeyd edək ki, “Sahil” stansiyası 2017-ci ilin avqustun 21-də metronun təmirə bağlanıb. Ötən gün isə Azərbaycan Prezidenti İlham Əliyev metronun bu stansiyasının təmir və yenidənqurmadan sonra açılışını edib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar