A24 Xeber

Dünya 3 milyardlıq savaşın astanasında: Çinlə Hindistan bir-birin vura bilər – Nüvə savaşı

Dünya 3 milyardlıq savaşın astanasında: Çinlə Hindistan bir-birin vura bilər – Nüvə savaşı
283
27 İyun 2017 - 10:47

Çin-Hindistan sərhədində gərginlik artıb.

A24.Az xəbər verir ki, Səkkəm əyalətində çinli və hindistanlı birliklərin qarşı-qarşıya gəlməsinin ardınca gərginliyi artıran yeni bir inkişaf daha yaşanıb..

Çin tərəfinin iddiasına görə, öz sərhədləri daxilində bir yol tikinti işinə Hindistan əsgərləri müdaxilə edib. Çin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ren Guoqiang Səkkəm əyaləti sərhədlərində Çinin suverenlik hüququnun olduğu və Donglangda aparılan yol tikintisi işinə Hindistan ordusunun əsgərlərinin müdaxilə etdiyini bildirib.

O  baş verənlərin sərhəddəki sabitliyə ciddi zərər verdiyini deyib.

Hindistan tərəfi isə Çini Tibetə getməyə çalışan hacı namizədlərə mane olmaqda günahlandırır.

Digər tərəfdən, bəzi iddialara görə, hər iki tərəfin əsgərləri də sərhəddə qarşıdurma mövqeyinə da gəliblər. Ancaq mütəxəssislər iki ölkənin də Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olduğunu xatırladaraq, gərginliyin qısa müddətdə başa çatdırılacağını bildirir.

Bir müddət öncə Çin Xalq Qurtuluş Ordusu hissələri Səkkəm sərhədində Hindistana aid sığınacaqlara zərər vermiş, baş verən proseslər iki ölkə ordusu arasında gərginlik yaratmışdı.

A24.Az

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00