Dünya çempionatına təyinat almış futbol hakimi həbs olundu

Dünya çempionatına təyinat almış futbol hakimi həbs olundu
Want create site? Find Free WordPress Themes and plugins.

Səudiyyə Ərəbistanının Futbol Federasiyası 2018-ci il dünya çempionatına təyinat almış hakim Fəhəd əl-Mirdasini ömürlük diskvalifikasiya edib.

A24.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, səbəb əl-Mirdasinin danışılmış oyunlarda iştirakıdır.

Daha əvvəl o, mayın 12-də keçirilmiş Kral Kubokunun final matçının hakimliyindən kənarlaşdırılıb. Bildirilir ki, referi mayın 11-də finalçı klublardan birinin rəsmi şəxsi ilə əlaqə quraraq, qələbəyə köməyi qarşılığında pul mükafatı tələb edib. Hazırda 33 yaşlı baş hakim həbsdədir.

Fəhəd əl-Mirdasi 2017-ci il Konfederasiyalar Kubokunda, o cümlədən Meksika və Portuqaliya yığmaları arasında keçirilmiş 3-cü yer uğrunda görüşdə çalışıb.

Dünya çempionatı 14 iyun – 15 iyul tarixlərində Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar