Dünya Çempionatında bu gün hansı qruplar oynayacaq - Cədvəl

Dünya Çempionatında bu gün hansı qruplar oynayacaq – Cədvəl
Want create site? Find Free WordPress Themes and plugins.

DÇ-2018 davam edir. Apasport.az saytının məlumatına görə, bu gün daha iki qrupda mübarizəyə yekun vurulacaq.

“A24.az” xəbər verir ki, əvvəlcə C qrupunun qarşılaşmaları oynanılacaq. 1/8 finala vəsiqəni ötən tur təmin etmiş Fransa Danimarka ilə görüşə 1-ci pillədəki yerini qorumaq üçün çıxacaq. “Xoruzlar”a bu matçda heç-heçə də kifayət edəcək. Danimarka isə qalib gəlməyə məcburdu. Əks halda skandinavlar hətta qrupdan çıxmaya da bilər. Avstraliya Peru üzərində qələbə ilə qazanaraq ikinci pilləni ələ keçirə bilər.

D qrupunda isə artıq 6 xalla 1-ci yerin sahibi kimi 1/8 finala vəsiqəni təmin etmiş Xorvatiyanı 1 xala malik debütant İslandiya ilə görüş gözləyir. Şimallılar qələbə qazana bilməsə, qrupda qalacaqlar. Qələbə təqdirində isə onlar eyni xala malik Argentinanın 3 xalı olan Nigeriyaya qalib gəlməsinə ümid etməlidirlər. Lakin bu zaman amerikalılar İslandiyadan az top fərqi ilə qalib gəlməlidirlər. Başqa sözlə, qrupda qalma təhlükəsi ilə üzləşən Argentina mütləq qalib gəlməli, Xorvatiyanın isə İslandiyaya mümkün qədər çox qol fərqi ilə qələbəsinə ümid etməlidir.

DÇ-2018 – III tur – 26 iyun

C qrupu

18:00. Danimarka – Fransa

Moskva, “Lujniki” stadionu

18:00. Avstraliya – Peru

Soçi, “Fişt” stadionu

1. Fransa 2 2 0 0 3-1 6
2. Danimarka 2 1 1 0 2-1 4
3. Avstraliya 2 0 1 1 2-3 1
4. Peru 2 0 0 2 0-2 0

D qrupu

22:00. Nigeriya – Argentina

Sankt Peterburq, “Sankt-Peterburq” stadionu

22:00. İslandiya – Xorvatiya

Rostov-Don, “Rostov Arena”

1. Xorvatiya 2 2 0 0 5-0 6
2. Nigeriya 2 1 0 1 2-2 3
3. İslandiya 2 0 1 1 1-3 1
4. Argentina 2 0 1 1 1-4 1
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar