A24 Xeber

Dünya çempionatının bağlanış mərasimi – VİDEO

Dünya çempionatının bağlanış mərasimi – VİDEO
36
16 İyul 2018 - 9:30

Rusiyada Fransa və Xorvatiya yığmaları arasındakı futbol üzrə dünya çempionatının final matçından əvvəl bağlanış mərasimi keçirilib.

“A24.az” xəbər verir ki, Moskvadakı “Lujniki” stadionunda 84745 tamaşaçı önündə Uill Smit, Niki Cem və Era İstrefi çıxış edib.

Onlar mundialın rəsmi mahnısı olan “Live İt Up” mahnısını səsləndiriblər. Bundan başqa azarkeşləri DJ Smash, Aida Qarifullina, Zabivaka adlı canavar və əfsanəvi braziliyalı futbolçu Ronaldinyo əyləndirib.

Dünya Kubokunu stadiona top-model Natalya Vodyanova və Almaniya yığmasının keçmiş kapitanı Filip Lam gətirib.

Daha sonra argentinalı baş hakim Nestor Pitana final matçının başlamasını bildirən start fitini səsləndirib.

Qeyd edək ki, hazırda hesabda Fransa millisi öndədir – 2:1

Report.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00