A24 Xeber

Dünya işığından məhrum olmuş ən savadlı gənclərimiz işsiz qalıb – “Gözümüz olun…”

Dünya işığından məhrum olmuş ən savadlı gənclərimiz işsiz qalıb – “Gözümüz olun…”
214
16 Noyabr 2017 - 11:17

Moris Meterlinkin “Korlar” pyesini oxuyanda, ağlıma belə gətirməzdim ki, nə vaxtsa reportajlarımın birinin qəhrəmanları da eynən Morisin pyesindəki obrazlara bənzəyəcək. “Korlar”dakı obrazlar kimi mənim qəhrəmanlarım da nə dünyanı görə biləcəklər, nə də bir-birlərini.

Reportajımda dünya işığından məhrum olmuş 4 obraz var. Onlar nə ay işığını, nə günəş şüasını, nə də bir-birlərini görürlər. Bir-birlərini səsləri ilə seçib ayırırlar. Səsləri ilə bilirlər ki, danışan kimdir, kim kimin yanında əyləşib. Bu gənclər üçün hər şey, qaranlıq da, kölgə də, işıq da eynidir.

Maraqlısı odur ki, onların dördünü də birləşdirən, özəlləşdirən, xüsusiləşdirən bir məqam var. Dünyaları ancaq qaranlıqdan ibarət bu gənclər özləri dünyaya nur, işıq bəxş etməyi qarşılarına məqsəd qoyublar. Qərara gəliblər ki, bütün çətinlikləri dəf edib, özləri kimi yüzlərlə insanın gözü olsunlar. Və nə xoş ki, bu arzularına çatmağı da bacarıblar. Ancaq…

A24.az “Arxa küçələr” layihəsinin dünya işığından məhrum olmuş 4 gəncə həsr etdiyi “Gözüm ol mənim…” adlı növbəti buraxılışını təqdim edir.

 

Redaktor: Rumiyyə MİRASLAN

Operator: Fərid Orucov

Müxbir: Pərvin Abgül

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00