A24 Xeber

Dünya kubokunda bir ilk: Bu işi qızlar görəcək – VİDEO

Dünya kubokunda bir ilk: Bu işi qızlar görəcək – VİDEO
48
18 May 2018 - 16:28

Rusiya Federasiyasının tərkibində muxtar respublika olan Tatarıstanının Agryz şəhər futbol klubu oyunçuları, bu il Rusiyada keçiriləcək FİFA Dünya Kubokunun açılış oyununda top yığacaqlar və bu işi ilk dəfə qızlar həyata keçirəcək.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Tatarıstanın paytaxtı Kazanda dünən keçirilən kubok yarışında Agryz şəhərinin qızlardan ibarət futbol komandası iştirak edib.

Komanda, ölkə miqyasında aparılan müsabiqənin qalibi olaraq, FİFA Dünya Kubokunun açılış oyununda top toplayanlar kimi iştirak edəcək. Bu işi görənlərin qızlar olması isə bir ilk deməkdir. Komanda beləliklə, iyunun 14-də Moskvadakı Lujniki stadionunda Rusiya ilə Səudiyyə Ərəbistanı arasında baş tutacaq matçda hər zaman kişilərin etdiyi bir vəzifəni yerinə yetirəcəklər.

Orxan Aslanlı, A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00