Dünya mediası Trampın G-7 sammitindəki kobudluğundan yazdı

Dünya mediası Trampın G-7 sammitindəki kobudluğundan yazdı
Want create site? Find Free WordPress Themes and plugins.

“ABŞ prezidenti Donald Tramp G 7 ölkə rəhbərlərinə qarşı kobudluq edib”.

“A24.az” bildirir ki, bu barədə “Wall Street Journal”da xəbər dərc edilib.

Kanadada baş tutan “G7” sammitində Tramp bir neçə dəfə Avropa İttifaqı Komissiyasının sədri  Yan-Klaud Yunkeri “qəddar cinayətkar” adlandırıb.

Bundan başqa, qeyd olunub ki, Tramp nəzakətli şəkildə Yunkeri Amerikan istehsalçılarına qarşı Aİ-nin tətbiq etdiyi cərimlərə görə “qətl”də günahlandırıb.

Tramp terrorizmlə mübarizə məsələsinin müzakirəsi zamanı isə Fransa prezidenti Emmanuel Makrona üz tutaraq “Bütün terrorçular Parisdədir”,  deyib. Makronun da bu vəziyyətdən xəbərdar olduğunu, məsələni qulaqardına vurduğunu bildirib.

Bildirilib ki, Sammit zamanı həmçinin Yaponiyanın baş naziri Sindzo Abe də Trampın “qurbanı”na çevrilib. Miqrant böhranı probleminin müzakirəsi zamanı Tramp deyib ki, Tokio üçün bu problem aktual deyil: “25 milyon meksikalı göndərə bilərəm və sən tezliklə postunu itirərsən”.

Sammit sonrası, Tramp “Twitter”də qeyd edib ki,  Kanada  baş  naziri Castin Trudeaunun yalan açıqlamalarına görə, sammitin sonunda qəbul edilən yekun bəyanatın ABŞ tərəfindən imzalanmamasına dair tapşırıq verib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar