Dünya məşqçilərinin reytinq siyahısı: Qurban Qurbanov 2 pillə irəlilədi...

Dünya məşqçilərinin reytinq siyahısı: Qurban Qurbanov 2 pillə irəlilədi…
Want create site? Find Free WordPress Themes and plugins.

Dünya məşqçilərinin reytinq siyahısı açıqlanıb.

A24.Az-ın məlumatına görə, cədvəldə Azərbaycan Premyer Liqasında çalışan mütəxəssislər də yer alıb.

Onlardan ən yaxşı nəticə “Qarabağ”ın və Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanova məxsusdur. 46 yaşlı mütəxəssisin hesabında 1169 xal var. O, planetin 470-ci məşqçisidir. Həmyerlimiz son siyahı ilə müqayisədə 2 pillə irəliləyib.

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk isə 927-ci yerdədi. Aktivində 255 xalı olan ukraynalı 1 pillə geriləyib.

Siyahıda “Zirə”nin baş məşqçisi Ayxan Abbasovun da adı var. 217 xala malik gənc mütəxəssis 3 çalışdırıcını qabaqlamaqla, 969-cu yerə qalxıb.

Qeyd edək ki, reytinq siyahısına Zinəddin Zidan başçılıq edir. “Real”ın baş məşqçisinin hesabında 17118 xal var. “Barselona”nı çalışdıran Ernesto Valverde 15485 xalla ikincidir. “Üçlüy”ü “Qremio”ya rəhbərlik edən Renato Qauşo qapayır. O, 14202 xala malikdir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar