A24 Xeber

Dünya milyarderlərinin yeni siyahısı açıqlandı

Dünya milyarderlərinin yeni siyahısı açıqlandı
2. 240
06 Mart 2017 - 8:44

“Bloomberg” agentliyi dünyada 500 milyarderin yenilənmiş siyahısını açıqlayıb.

“A24.az”ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, siyahının ilk pilləsində “Microsoft” qurucusu Bill Qeyts (85,6 milyard dollar), ikinci yerdə amerikalı sərmayədar Uorren Baffet (78,9 milyard dollar), üçüncü yerdə “Amazon” rəhbəri  Ceff Bezos (73,5 milyard dollar) qərarlaşıb.

İlk onluqda “Inditex” şirkətinin sabiq prezidenti Amansio Orteqa (69,3 milyard dollar), “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq (59,1 milyard dollar), meksikalı biznesmen Karlos Slim (53 milyard dollar), Çarlz və Devid Kox qardaşları (48,1 milyard dollar), “Koch Industries” korporasiyasının səhmlərinin əsas hissəsinin sahibi,  “Oracle” korporasiyasının rəhbəri Larri Ellison (45,3 milyard dollar) və IKEA qurucusu İnqvar Kamprad (42,9 milyard dollar) daxildir.

Bill Qeyts

 

Uorren Baffet

Ceff Bezos

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00