Dünya ŞOKDA: Rus tankı Suriyaya yardım aparan "TIR"ı əzdi - FOTOLAR

Dünya ŞOKDA: Rus tankı Suriyaya yardım aparan “TIR”ı əzdi – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Şam yaxınlığında bir rus tankı, Şərqi Qutaya humanitar yardım aparan bir “TIR”ı əzib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Bağdad körpüsündə baş verən hadisədə insan itkilərinin də olduğunu bildirilir.

Daxili müharibə ölkəsi olan Suriyada bir neçə saat əvvəl Rusiya tərəfindən Şərq Quta üçün gündəlik beş saat atəşkəs elan edilməsinə baxmayaraq, Şam yaxınlığında baş verən hadisədə çəkilən fotoşəkil dünyanı şoka salıb. 2S1 Qvozdika modeli olan rus tankı, Şərqi Qutaya gedən bir “TIR”ı əzib. Müxalifət tərəfdarlarının əlində olan Şərqi Quta bölgəsi, bir həftədən artıq bir müddətdir ki, Suriya rejimi və Rus təyyarələri tərəfindən intensiv bombardmana məruz qalır. 500-dən çox insanın öldüyü bölgədə həftə sonu Birləşmiş Millətlər Təhlükəsizlik Şurası tərəfindən atəşkəs qərarı verilib. Rusiya prezidenti Vladimir Putin, bu gün axşama doğru yerli vaxtla səhər saat 09.00-dan 14.00 saatları arasında hücumların olacağını açıqlayıb. 400 mindən artıq müxalifətin yaşadığı Şam yaxınlığındakı Şərqi Qutada, illərdir rejim qüvvələrinin mühasirəsi altındadır.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar