A24 Xeber

Dünyaca məşhur loqoların rəngləri hansı mənanı daşıyır?

Dünyaca məşhur loqoların rəngləri hansı mənanı daşıyır?
219
26 İyun 2017 - 15:30

Bəzi markalar üçün loqonun rəngləri adları kimi ironik ola bilir. Məsələn, niyə “Coca-Cola” qırmızı, “Facebook” göy rəngdədir?

“A24.az” bildirir ki, “Coca-Cola”nın yaranma tarixi 1890-cı illərə təsadüf edir. həmin  dövrlərdə “Coca-Cola” loqosunun ilk dəfə rəngli istifadəsi seçilib. bunun səbəbi isə daşınması zamanı vergi yığanlar tərəfindən məhsulun alkoqoldan asanlıqla ayırd edilməsini təmin etmək idi.

GOOGLE -un loqosu isə göyqurşağının rənglərindədir. Niyə? “Google”un loqo dizayneri Ruth Kedar “Yeni loqonu hazırlayarkən ən çox rəng mövzusunda çətinlik çəkdim. İlk loqo o qədər rəngli idi ki, rənglərdən imtina etmədən onları sadələşdirmək üçün rəng dənizinə baş vurdum” deyə bildirib. Kedar nəhayət, “l” hərfi xaricində bütün hərfləri ana rəng, “l” hərfini isə fərqli etməyi qərara alır.  Loqoda bircə “l” hərfinin yaşıl rəngdə olmasının mənası odur ki, ” “Google” qaydaları təqdib etməz” deməkdir.

BMW – Bu marka niyə mavi və ağ rəngləri seçib? BMW əvvəllər təyyarə istehsal edən bir firma olub. Ona görə də deyilənlərə görə, emblemin mavi hissəsi göy üzünü, ağ hissəsi isə təyyarənin qanadını təmsil etməkdədir. Digər iddialara görə, mavi-ağ rənglər Bavyera əyalətinin rənglərindən götürülüb. 

FACEBOOK – Bəs dünyaca məşhur sosial şəbəkə niyə mavi rəngdədir? “Facebook”un mavı olmasının ən əsas səbəbi qurucusu olan Mark Zukerberqin rəng baımından kor olmasıdır. Odur ki, Zukerber “Mavi mənim üçün zəngin bir rəngdir. bütün mavi rıngləri görə bilirəm” deyə bildirib.

SHELLin loqosu parlaq sarı və qırmızı rəngdədir. 1915-ci ildə “Shell” Kaliforniyada ilk stansiyalarını inşa etdi və rəqibləri arasından seçilsin deyə parlaq rənglərdən iştifadə etməyə qərar verir. Əyalətin ispaniyalılarla güclü əlaqələri olduğu üçün şirkət qırmızı və sarını seçir.

YAHOO – nun bənövşəyi rənginin kökü hardan qaynaqlanır? “Yahoo” qurucularından David Filo 1995-ci ildə pis vəziyyətdə olan ofisin divarlarını boyamaq üçün alış-verişə getdiyi zaman mağazada yarı qiymətə satılan boyaları görür. Boz rəngdə aldığı boyanın florensiya işığı altında bənövşəyi göründüyünü düşünür. Amma həqiqətdə boya bənövşəyi rəngdə olur.

Firuzə Alimova

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00