A24 Xeber

Dünyada 7 milyon insanı öldürən SƏBƏB

Dünyada 7 milyon insanı öldürən SƏBƏB
27
02 May 2018 - 8:35

Hər il dünyada havanın çirklənməsindən yaranan xəstəliklərdən 7 milyon insan ölür.

“A24.az” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı press-relizdə deyilir.

Press-relizdə qeyd edilir ki, çirklənmə səviyyəsi dünyanın bir çox yerlərində təhlükəli olaraq qalır: “Ümumdünya Səhiyyə Təşkilatının məlumatları göstərir ki, hər 10 nəfərdən 9-u çirkləndiricilərin yüksək səviyyədə olduğu hava ilə nəfəs alır və son qiymətləndirmələrə əsasən, hər il atmosfer havasının və qapalı yerlərin havasının çirklənməsi nəticəsində 7 milyon insan ölür”.

Belə ölümlərin 90 faizdən artığı əsasən Asiya və Afrika ölkələrinin payına düşür.

Press-relizdə vurğulanır ki, insanların 40 faizdən çoxu və ya təxminən 3 milyard insan “evdə yemək bişirmək üçün təmiz texnologiyalara” malik deyillər.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00