A24 Xeber

Dünyada İLK: Bir-birilərinə aşiq olan 3 homoseksual evləndi

Dünyada İLK: Bir-birilərinə aşiq olan 3 homoseksual evləndi
139
21 İyun 2017 - 10:00

Həmcins şəxslərin evliliyini qanuniləşdirən Kolumbiyada bir ilk həyata keçirilib. Ölkədə çox aşiqli evliliyə imza atılıb.

“A24.az”ın xarici mediadan əldə etdiyi məlumata görə, ölkənin ən məşhur şəhərlərindən biri olan Medellində 3 homoseksual kişi evlənərək ilkə imza atıb. Artıq ailə olaraq qəbul edilən 3 kişi miras haqlarına da sahibdir.

Hələ uşaq haqqında düşünmədiklərini söylədilər…

Ölkədə böyük əks-səda yaradan evlilik ilə bağlı açıqlama verən 3 homoseksualdan biri Alejandro Rodriguez, hər hansı bir inqilab etmədiklərini, bunun sadəcə həyat tərzi olduğunu və belə yaşadıqlarını söyləyib. Bundan başqa Rodriguez əks cinsdən olanların münasibətlərində də sözügedən evliliyin mümkün olmasını sözlərinə əlavə edib.

İlk çox eşqli evliyinin digər üzvü olan Victor Hugo Prada isə uşaqla bağlı suala hələ bu haqda düşünmədiklərini, lakin arzusunda olduqlarını bildirib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00