A24 Xeber

Novruz, yəni yeni gün… Baharın gəlməsi bütün dünyada böyük coşqu ilə qeyd edilib.

“A24.Az” Türkiyə mediasına istinadən xəbər verir ki, Novruz bayramı bir çox ölkələrdə rəngli görüntülərlə yadda qalıb. İraq, İran, Əfqanıstan, Qırğızıstan və Azərbaycanda xüsusi qeyd edilən Novruz bayramında insanlar bişirdikləri şirniyyat və göstərdikləri oyunlarla baharı qarşlayıb.

İraqda Ərbil, Kərkük, Bağdad və Duhok şəhərlərində minlərlə insan bayram şənliklərinə qatılıb. Bağdadda türkmənlər bir araya gəliblər. İŞİD terror təşkilatı ilə uzun müddətdir mübarizədən dolayı son iki ildir Novruz bayramını qeyd edə bilməyən bölgədə bu il fərqli atmosfer hökm sürüb.

Qırğızıstan və Gürcüstanda da Novruz bayramı qeyd edilib. Gürcüstanın Marneuli rayonunda təşkil edilən Novruz şənliyində azərbaycanlılar baharın gəlməsini və əkinlərin bərəkətindən bəhs edən teatr səhnəsi göstəriblər.

“A24.Az” Türkiyə mediasında yayımlanan videoxəbəri təqdim edir:

Novruz, yəni yeni gün… Baharın gəlməsi bütün dünyada böyük coşqu ilə qeyd edilib. “A24.Az” Türkiyə mediasına istinadən xəbər verir ki, Novruz bayramı bir çox ölkələrdə rəngli görüntülərlə yadda qalıb. İraq, İran, Əfqanıstan, Qırğızıstan və Azərbaycanda xüsusi qeyd edilən Novruz bayramında insanlar bişirdikləri şirniyyat və göstərdikləri oyunlarla baharı qarşlayıb. İraqda Ərbil, Kərkük, Bağdad və Duhok şəhərlərində […]

Dünyadan NOVRUZ görüntüləri – VİDEO

571