A24 Xeber

Dünyanın bütün ölkələrində bu tarixdə işıqlar 1 saatlıq söndürüləcək

Dünyanın bütün ölkələrində bu tarixdə işıqlar 1 saatlıq söndürüləcək
596
23 Mart 2017 - 16:24

Dünyada iqlim dəyişikliyinə diqqət çəkmək üçün “Earth Hour” aksiyası keçiriləcək.

A24.Az xəbər verir ki, bu aksiyaya görə, martın 25-də dünyanın bir çox ölkələrində 1 saatlıq işıqlar söndürüləcək. Bu hər ölkənin yerli saatı ilə  20.30-21.30 aralığında olacaq. İşıqlar əsasən ölkələrin görkəmli binalarında, küçə işıqlarında, ekzotik yerlərdə söndürüləcək.

Qeyd edək ki, ilk dəfə bu hadisə 2007-ci ildə Sidneydə başlayıb. Həmin il 178 ölkə iştirak edib.

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00