Dünyanın ən bahalı aviabileti satışa çıxarıldı

Dünyanın ən bahalı aviabileti satışa çıxarıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Etihad Airways” aviaşirkəti dünyada ən bahalı təyyarə biletlərini satışa çıxarıb.

A24.Az “Daily Mail”-ə istinadən xəbər verir ki, aviabiletin qiyməti 80,5 min dollardır.

Bu biletlə “Etihad Airways”lə Londondan Melburna uçmaq mümkün olacaq. Bileti alan təyyarədə 3 otaqlı VİP nömrə ilə təciz olunacaq. Nömrə yataq, qonaq və hamam (vanna) otaqlarından ibarətdir. Yataq otağında iki nəfərlik çarpayı var və bu, hava nəqliyyatı uçuşlarında yenilik hesab edilir. Həmçinin otaqlarda 2 televizor, şəxsi qulluqçu və aşpaz var.

Daha əvvəl dünyada ən bahalı aviabilet 75,9 min dollar olub. Bu biletlə Nyu-Yorkdan Mumbai şəhərinə uçmaq olar.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar