Dünyanın ən bahalı futbolçuları müəyyənləşdi - SİYAHI

Dünyanın ən bahalı futbolçuları müəyyənləşdi – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

Dünyanın ən bahalı futbolçularının adları bəlli olub.

A24.Az “Report”a istinadən verir ki, Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin açıqlamasına əsasən, İngiltərə “Tottenhem”inin futbolçusu Harri Keyn ən bahalı futbolçu adına layiq görülüb. 25 yaşlı hücumçunun transfer məbləği 201.2 milyon avro olaraq qiymətləndirilir.

Fransanın PSJ klubunun hücumçusu Neymar 195.7 milyon avro ilə 2-ci, onun komanda yoldaşı Kilian Mbappe 186.5 milyon avro ilə 3-cü, İspaniya “Barselona”sının ulduz futbolçusu Lionel Messi 184.2 milyon avro ilə 4-cü və İngiltərə “Liverpulu”nun yarımmüdafiəçisi Məhəmməd Salah isə 171.3 milyon avro ilə 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Beynəlxalq İdman Araşdırmalar Mərkəzi 100 ən bahalı futbolçunun siyahısını analitiklər tərəfindən tərtib edib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar