Dünyanın ən böyük neft emal zavodunda yanğın: Ölən və yaralılar var

Dünyanın ən böyük neft emal zavodunda yanğın: Ölən və yaralılar var
Want create site? Find Free WordPress Themes and plugins.

İranın ən böyük neft emalı zavodunda yanğın baş verib.

A24.Az İSNA agentliyinə istinadən xəbər verir ki, Abadanda yerləşən zavodda baş verən yanğın nəticəsində 18 nəfər xəsarət alıb, 1 nəfər isə ölüb. “Hadisə nəticəsində 18 nəfər xəsarət alıb, onlardan 8-nə ambulator yardım göstərilib. Bir nəfər isə dünyasını dəyişib”, – deyə yerli təcili tibbi yardım xidmətinin rəhbəri Şahyar Mirxeşti bildirib.

Qeyd edək ki, Abadanda yerləşən bu zavod dünyanın ən iri neft emal müəssisələrindən biri sayılır. Yanğın isə gecə saatlarında söndürülüb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar