A24 Xeber

Dünyanın ən böyük radioteleskopu pulsuz ziyarət üçün açıq elan edildi

Dünyanın ən böyük radioteleskopu pulsuz ziyarət üçün açıq elan edildi
668
13 Mart 2017 - 19:46

Dünyanın ən böyük radioteleskopu FAST (The Five hundred meter Aperture Spherical Telescope) turistlərin pulsuz ziyarəti üçün açıq elan edilib.

A24.Az xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Quycou vilayətində dağlıq ərazidə yerləşən radioteleskop ötən ilin sentyabrında istifadəyə verilib. Teleskopun normal fəaliyyəti üçün 5 kilometr radiusda mobil rabitə dalğaları blok edilib. Teleskopu ziyarət etmək istəyən turistlər mobil telefonları, rəqəmli fotoaparatları və digər elektron cihazları saxlama məntəqəsinə təhvil verməlidirlər. Buna baxmayaraq, ərazidə turistlərin ölkədaxili zəngləri üçün pulsuz telefon köşkləri quraşdırılıb.

Sinxua agentliyi bildirir ki, ilkin mərhələdə hər gün 2 min turist teleskopu yaxından görmək imkanı qazanacaq.

Diametri 500 metr, perimetri 1,6 kilometr olan nəhəng teleskopun inşasına 2011-ci ildə başlanılmışdı. Radioteleskopun maliyyə dəyəri 1,15 milyard yuan (təxminən 173 milyon ABŞ dolları) qiymətləndirilir.

Nəhəng radio teleskopunun tikintisinin təşəbbüsü 1994-cü ildə Çin mütəxəssisləri tərəfindən irəli sürülmüşdü.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00