Dünyanın ən dəhşətli cinayətlər törədən 7 azyaşlı qatili - ARAŞDIRMA

Dünyanın ən dəhşətli cinayətlər törədən 7 azyaşlı qatili – ARAŞDIRMA
Want create site? Find Free WordPress Themes and plugins.

Uşaqlar həmişə saflıq rəmzi kimi göstəriliblər.

A24.Az xəbər verir ki, buna rəğmən, düya tarixinə nəzər salsaq görərik ki, dəhşətli cinayətlərə imza atan azyaşlılar da az deyil.

Sizə tarixin ən qorxulu 7 cinayətkar uşağını təqdim edirik:

Erik Smith

O, 4 yaşlı Derrick Robieni qaçırdığı zaman 13 yaşında olub. Çarəsiz uşağa əziyyət verərək öldürən Rik uşaq qatillərinin ilk örnəyidir. Ömürlük həbs cəzasına məhkum edilən  Eriki qorxulu göstərən qızılı rəngli saçları və kəskin siması olub.

Edgar Jimenez

Edqarın yaşı az olsa da, cəza qovluğu çox genişdir. 14 yaşlı  Jimenez narkotika qruplaşmasında silahlı killer qismində yer alıb. İnternetdə qurbanları ilə fotolar paylaşdıqdan sonra “El Ponchis” ləqəbli yeniyetmə polislərə 4 cinayət törətdiyini etiraf edib.

Kristian Fernandez

Kristian 2 yaşlı ögey qardaşını öldürdükdən sonra beş yaşlı qohumuna təcavüz edib.

Yaponiya  mediasının adını açıqlamadığı qız eyni sinifdə oxuduğu 12 yaşlı  Satomi Mitaraini bıçaqlayaraq öldürüb. İddialara görə, onun izlədiyi filmlərin törətdiyi cinayətdə böyük təsiri olub.

Jasmine Richardson

O, anasını, atasını və azyaşlı bacısını öldürən zaman 12 yaşında olub. Səbəb isə ailəsinin 23 yaşlı sevgilisi ilə görüşməsinə qadağa qoyması olub. Richardson bu qorxulu cinayətləri sevgilisi ilə birlikdə törədib. Həbsdən çıxdıqdan sonra isə psixoloji xəstəxanaya yerləşdirilib.

Jon Venables və Robert Thompson

Onlar 2 yaşlı James Bulgeri anasının dalğınlığından istifadə edərək qaçırdıqları zaman 10 yaşında olublar. Körpəni döyərək öldürüblər və daha sonra qatarın altına atıblar. 

Barry Dale Loukaitis

1996-cı ildə Barry Dale Loukaitis riyaziyyat dərsinə girərək sinifdə hamını güllələyib. Atəş açmasından sonra riyaziyyat müəllimi və iki sinif yoldaşı ölüb. Bu hadisə Amerikada məktəb qətliamlarının ilki kimi tarixə düşüb. O ömürlük və əlavə 250 il həbs cəzasına məhkum olunub.

İlhamə SULTAN, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Dünya, Araşdırma, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar